Qusar teatrını Mədəniyyət mərkəzində kim gizlədib? – Açıq qalan SUALLAR

Hazırda oxunan: Qusar teatrını Mədəniyyət mərkəzində kim gizlədib? – Açıq qalan SUALLAR

77867

Ölkədə ilk ləzgidilli teatr olan Qusar Dövlət ləzgi Dram teatrı1992-cı ildə yaradılıb. Azsaylı xalqların mədəniyyətinin inkişaf etdirilməsi məqsədi ilə təşkil edilən teatr yarandığı gündən Qusar şəhər mədəniyyət evinin binasında yerləşir. Yazımızda isə Bu il 30 illiyini qeyd edəcək teatrın fəaliyyəti barədə deyil, fəaliyyətinə kölgə salan bir məsələyə toxunacağıq.

Hazırda yerləşdiyi binanın girəcəyində Qusar Dövlət Ləzgi Dram Teatrının olduğunu göstərən lövhə yoxdur. Şəhər sakinləri və şəhərin qonaqları bu binanı qarşısındakı lövhədən Qusar mədəniyyət mərkəzi kimi tanıyır.
Qusar şəhərinin mərkəzində yerləşməsin baxmayaraq, bu teatrdan nə sakinlərin xəbəri var, nə də rayona gələn turist bu barədə bir məlumat ala bilir.

Məsələyə Qusar Dövlət ləzgi Dram Teatrının direktoru Faiq Qardaşıv münasibət bildirib. Onun sözlərinə görə,"teatr 1992-ci ildən o vaxtki mədəniyyət naziri Polad Bülbüloğlunun əmri ilə mədəniyyət evində yerləşdirilib".

Qardaşov həmin tarixi sənədi də Bizim.Media-ya təqdim edib. Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru məlumat verdi ki, "hazırda yerləşdiyimiz bina mədəniyyət mərkəzinin binasıdır, mədəniyyət mərkəzi də, teatr da Mədəniyyət Nazirliyinindir. Binanın kommunal və digər xərclərini də dövlət ödəyir".

Faiq Qardaşov Qusar teatrına yeni binanın tikilib tikilməyəcəyi barədə isə məlumatsız olduğunu dedi.

Qeyd edək ki, bu binada əvvəllər Qusar Dövlət Ləzgi Dram Teatrı yazılmış lövhə olub. Amma sonradan bu lövhə çıxarılıb, yerinə yenidən mədəniyyət mərkəzi yazılmış lövhə vurulub. Teatrın Mədəniyyət mərkəzində gizlədilməsinin heç bir məntiqi izahını tapmadıq. 
Amma hər kəs bilir ki, teatr müqəddəs sənət məbədidir. Canlı sənətdir, doğru tmaşaçı təmasına ehtiyacı olan bi müəssisədir. Əgər beş-üç teatrsevər varsa da bu şəhərdə teatr olduğunu haradan öyrənməlidir? Gələn turist üçün əlavə istirahər nöqtəsi ola biləcək teatrı gizlətməkdə məqsədimiz nədir?

Suallar açıq qalır, mövzuyz qayıdacağıq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO