Paşinyanın maaşı müəlliminkindən 17 dəfə çox olacaq

Paşinyanın maaşı müəlliminkindən 17 dəfə çox olacaq

Hazırda oxunan: Paşinyanın maaşı müəlliminkindən 17 dəfə çox olacaq
637585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda 2027-ci il yanvarın 1-dən dövlət sistemində çalışan şəxslərin əməkhaqlarına yenidən baxılması planlaşdırılır.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, hökumətin qəbul etdiyi qərarın icrası dövlət büdcəsinə əlavə olaraq təxminən 30 milyard drama başa gələcək.
 

Qanun layihəsinə əsasən, Ermənistanın baş naziri və prezidentinin aylıq əməkhaqqı təxminən 1,5 milyon dram artırılaraq 2,6 milyon drama çatdırılacaq. Baş nazir müavinləri 2,1 milyon, nazirlər isə təxminən 2 milyon dram maaş alacaqlar.


Maaş artımının yüksək vəzifəli dövlət rəsmilərinə də şamil edilməsi Ermənistanda narazılıq yaradıb. Mətbuatda aparılan müqayisəyə görə, Baş nazir Nikol Paşinyanın yeni maaşı ölkədə müəllimlərin aldığı əməkhaqqından təxminən 17 dəfə çox olacaq.

Müqayisə üçün bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun maaşı bu ölkədə müəllimlərin orta əməkhaqqından təxminən 5 dəfə yüksəkdir.

Hazırda Ermənistanda aşağı və orta vəzifəli dövlət qulluqçularının aylıq maaşı əsasən 150–300 min dram arasında dəyişir. Tənqidçilər hesab edirlər ki, əlavə büdcə vəsaiti ilk növbədə aşağı maaş alan dövlət işçilərinin gəlirlərinin artırılmasına yönəldilməlidir. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO