ÜST: Koronavirusun Britaniya ştammı 41 ölkədə aşkar edildi

Hazırda oxunan: ÜST: Koronavirusun Britaniya ştammı 41 ölkədə aşkar edildi

7509

İlk dəfə Britaniyada kəşf edilən koronavirusun mutasiya edilmiş yeni növü artıq dünyanın 41 ölkəsində aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın qonşuluğunda koronavirusun yeni ştammı tapıldı


RİA Novosti agentliyi yazır ki, demək olar ki, bütün ölkələrdə bu günə qədər az miqdarda yeni bir ştammla yoluxma hadisəsi qeydə alınıb.

Altı ölkədə isə əvvəllər Cənubi Afrikada tapılan mutasiya qeydə alınıb.

NEWS.ru-nun verdiyi məlumata görə, dünən Britaniyanın yeni ştammı Amerikanın Nyu-York ştatında bir sakində tapılıb.

Xatırladaq ki, dekabrın ortalarında Britaniyada yeni koronavirus mutasiyası aşkar edilib.

Mütəxəssislərin fikrincə, yeni ştamm daha sürətlə yayılır və adi haldan 70% daha çox yoluxucu ola bilər. Bu baxımdan bir sıra ölkələr Britaniyaya uçuşlarını müvəqqəti dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO