“İftar süfrəsində pivə və şərab...” – İlahiyyatçı restoran sahiblərinə SƏSLƏNDİ

“İftar süfrəsində pivə və şərab...” – İlahiyyatçı restoran sahiblərinə SƏSLƏNDİ

Hazırda oxunan: “İftar süfrəsində pivə və şərab...” – İlahiyyatçı restoran sahiblərinə SƏSLƏNDİ

68173

“İftar süfrəsində pivə və şərabla qidalanan, dana ətindən hazırlanan steyk yeməyini verənlər bu müqəddəs ayın nəsibini almayacaqlar”.

Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Seyid Camal Əzimbəyli Bakıda bəzi bahalı restoranlarda iftar süfrəsi adı ilə ətə dad verən pivə və şərabla qidalandırılan Braziliyadan gətirilən daha ətindən hazırlanmış steyk yeməyi verilməsinə münasibət bildirərkən deyib.

Həmsöhbətimiz iftar süfrəsi zamanı israfçılığa yol verildiyindən də gileyləndi: 

“Müsəlman dünyası üçün Ramazan ayı mənəvi dirçəlişimiz, sağlamlığımız üçün də bir fürsətdir. Amma nə yazıqlar ki, Azərbaycanda əksər işbazlar restoranlarda iftar süfrəsi təşkil edərkən İslami qaydalara riayət etmir. İftar süfrələrində israfçılığa yol verilir. Adambaşına 80-100 manata iftar süfrəsi menyusu təşkil edilir. Bunun özü İslamın gətirdiyi qaydalara, dinimizin prinsiplərinə ziddir”. 

İlahiyyatçı qeyd edir ki, iftar süfrəsində xarici ölkələrdə istehsal olunan və mənbəyi bəlli olmayan ət və digər yeməklərin menyuya daxil edilməsi Ramazan orucunun batil olmasına gətirib çıxarır: 

“Ona görə də bunu edənlər ikiqat günaha batırlar. Ramazan fürsətini öz şəxsi biznes fürsəti kimi dəyərləndirən həmin işbazlar bu aydan nəsibini almayacaqlar. Onlar bunu etməklə Allahın mərhəmət və rəhmətini deyil, qəzəb hədiyyəsini öz üzərlərinə haqq edəcəklər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO