Rusiyanın Azərbaycandakı səfirindən Delyaginin açıqlamasına MÜNASİBƏT

Rusiyanın Azərbaycandakı səfirindən Delyaginin açıqlamasına MÜNASİBƏT

Hazırda oxunan: Rusiyanın Azərbaycandakı səfirindən Delyaginin açıqlamasına MÜNASİBƏT

67094

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin açıqlaması yolverilməzdir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya hökuməti yuxarıda adıçəkilən deputatın açıqlamasını qınayıb və üzr istənilib.
Səfir vurğulayıb ki, Rusiyanın Azərbaycanla əlaqələri möhtəşəmdir.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixal Delyagin martın 28-də Rusiyanın “Rossiya 1” və “Pervıy” federal kanallarında müvafiq olaraq yayımlanan “60 dəqiqə” və “Vremya pokajet” tok şousunda Azərbaycanın ərazi bütövlüyünə, ümumilikdə dövlətçiliyimizə qarşı açıq təxribata yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib.

Rusiyalı deputat Azərbaycanı ölkəsi üçün təhdid adlandıraraq Azərbaycanın neft sənayesini məhv etməyə çağırış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO