Azərbaycan Premyer Liqası: Bu gün 2 oyun olacaq

Azərbaycan Premyer Liqası: Bu gün 2 oyun olacaq

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: Bu gün 2 oyun olacaq

64492

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçında 32 xalla üçüncü pillədə qərarlaşan "Qəbələ" 34 xalla ikinci sıradakı "Zirə"ni qəbul edəcək. "Qırmızı-qaralar" qalib gələcəkləri təqdirdə, ikinci pilləyə yüksələcəklər.

Komandalar indiyədək Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Əvvəlki görüşlərin 8-də əyalət təmsilçisi, 5-də isə paytaxt klubu meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 29:22. "Qəbələ"nin meydanındakı son üç çempionat oyununda qalib müəyyənləşməyib. “Zirə” 4 matçdır rəqibinə qalib gələ bilmir.

Tura "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq. Hazırda son ölkə çempionu 34 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-cidir.

Əvvəlki 37 oyunun 17-də meydan sahibləri, 12-də qonaqlar qələbə qazanıb. 8 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də "ağ-qaralar" üstünlüyə malikdir - 54:43.

Bu mövsüm komandalar arasında Premyer Liqadakı hər 2 matç heç-heçə ilə nəticələnib. Ardıcıl 8 qarşılaşmada meydan sahibi olan komanda qələbə qazanmayıb.

"Neftçi" yalnız qələbə təqdirində, "Qəbələ" - "Zirə" matçının nəticəsindən asılı olmayaraq, bir pillə irəliləyəcək.

Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"i 3:0, "Qarabağ" isə "Sabah"ı 1:0 hesabı ilə yenib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO