Gözəllik salonunda qadını öldürmək istədi

Gözəllik salonunda qadını öldürmək istədi

Hazırda oxunan: Gözəllik salonunda qadını öldürmək istədi
611758
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun barəsindəki cinayət işi üzrə məhkəmə keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclas şahid ifadələri ilə davam edib.

Nemət Nəcəfov hadisə barədə bunları deyib:

"Mən cinayətin baş verdiyi gözəllik salonun sahibiyəm. Hadisədən bir gün qabaq Samirin əlində mismar görmüşəm. Deyirdi ki, bu mismarla onun gözünü çıxaracağam".

Məhkəmənin növbəti iclası mayın 14-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci il noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.

Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Samir Həsənova qarşı 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO