Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO

Hazırda oxunan: Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO
611735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkədə Gəncədə fəaliyyət göstərən özəl bağçalardan birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, Baku TV məsələ ilə bağlı bağça rəhbərliyinin və valideynlərin mövqeyini öyrənmək üçün sözügedən müəssisədə olub.

Valideynlər hadisədən narahat olduqlarını bildirərək müəllim heyətinin dəyişdirilməsini tələb ediblər.
 

"Bu hadisə bizi ciddi narahat etdi. Mənim oğlum da görüntülərdə yer alıb. Həmin müəllim indiyədək uşaqlarla çox mehriban davranırdı, belə hallarla qarşılaşmamışıq. Bağça rəhbərliyindən məsələyə aydınlıq gətirilməsini istəyirik", - deyə valideynlərdən biri narazılığını ifadə edib.


Bağça rəhbərliyi isə hadisə ilə bağlı müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.

Bildirilib ki, məsul şəxs işdən azad olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar bağçanın əməkdaşı polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO