COVID testlərinin nəticələri niyə gecikir? – RƏSMİ CAVAB 

Hazırda oxunan: COVID testlərinin nəticələri niyə gecikir? – RƏSMİ CAVAB 

60555

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov nazirliyin sosial şəbəkələrdəki hesablarına COVID-19 testləri ilə bağlı gələn sualları cavablandırıb. 

Bizim.Media-nın məlumatına görə, Z.Bayramov müraciət edən hər bir şəxsin nümunəsinin PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçdiyini bildirib.

Əvvəlcə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Azərbaycanda 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb


"Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır.  

Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur.

Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir", - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO