"Bitcoin" 66 min dollara düşdü

"Bitcoin" 66 min dollara düşdü

Hazırda oxunan: "Bitcoin" 66 min dollara düşdü
604567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son 24 saat ərzində kriptovalyuta bazarında azalma müşahidə olunub.

Bizim.Media CoinMarketCap platformasına istinadən xəbər verir ki, bazarın ümumi kapitallaşması 2,29 trilyon ABŞ dollarına enib ki, bu da əvvəlki günlə müqayisədə 2,67% azalma deməkdir.

 Eyni zamanda, CoinMarketCap 20 indeksi 3,37% geriləyərək 137,15 bənd təşkil edib.
 

Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti son sutkada 3,05% azalaraq 66 450 ABŞ dollarına düşüb. "Ethereum" isə 3,77% ucuzlaşaraq 2 046 ABŞ dolları səviyyəsində qərarlaşıb.


Digər iri kriptovalyutalarda da eniş qeydə alınıb. BNB-nin qiyməti 4,37%, "Bitcoin Cash"in qiyməti 4,80%, "Monero"nun qiyməti 1,78%, "Bittensor"un qiyməti isə 1,25% azalıb.

Qızıl ilə bağlı stabil tokenlərdə isə əksinə artım müşahidə olunub. "PAX Gold"un qiyməti 3,78%, "Tether Gold"un qiyməti isə 3,41% artıb.

Bazar əhvalını göstərən “Fear & Greed” indeksi 27 bənd səviyyəsində qərarlaşıb ki, bu da investorlar arasında qorxu meylinin gücləndiyini göstərir.

Analitiklərə görə, kriptovalyutaların ucuzlaşması əsasən "Bitcoin" və "Ethereum"da enişin bütün bazarı aşağı çəkməsi, həmçinin investorların daha təhlükəsiz aktivlərə – xüsusilə qızıla bağlı tokenlərə yönəlməsi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO