“Reuters”dən sensasion AÇIQLAMA: “ABŞ İranla razılığa gələcək”

“Reuters”dən sensasion AÇIQLAMA: “ABŞ İranla razılığa gələcək”

Hazırda oxunan: “Reuters”dən sensasion AÇIQLAMA: “ABŞ İranla razılığa gələcək”

597650

ABŞ və İran martın əvvəlində gözlənilən dolayı danışıqlar zamanı aralıq razılaşmaya gələ bilərlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Reuters yüksək vəzifəli iranlı rəsmiyə istinadən məlumat yayıb.
 

Mənbənin sözlərinə görə, Tehran və Vaşinqton sanksiyaların ləğvinin miqyası və mexanizmi ilə bağlı fərqli mövqelərə malikdir. İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların aradan qaldırılmasını tələb edir.


Rəsmiyə görə, yeni danışıqlar martın əvvəlində planlaşdırılıb və tərəflər müvəqqəti razılaşma ehtimalını istisna etmirlər.

Mənbə qeyd edib ki, Tehran yüksək səviyyədə zənginləşdirilmiş uranın bir hissəsinin ixracını, zənginləşdirmə səviyyəsinin azaldılmasını, həmçinin regionda uranın zənginləşdirilməsi üzrə konsorsium yaradılmasını nəzərdən keçirməyə hazırdır. Bunun müqabilində İran “dinc məqsədli nüvə zənginləşdirmə” hüququnun tanınmasını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO