Ötən il Naftalananın sağlamlıq-turizm mərkəzlərində 15 266 nəfər turist müalicə alıb.
Bizim.Media-nın məlumatına görə, dünyaca məhşur naftalan vannasından yararlanmaq məqsilə Naftalan şəhərinə 46 ölkədən 1721 nəfər turist üz tutub. Siyahıya 1161 vətəndaşı ilə Rusiya başçılıq edir. Sonrakı pillədə isə 200 turistlə Qazaxıstan qərarlaşıb.
Naftalanın şəfalı vannalarından nəsibini alan əcnəbi turistlər arasında ABŞ, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, Kolumboya, İsveçrə, Monqolustan və digər ölkə vətandaşları da var.
MÖVZU İLƏ BAĞLI:
Ölkəyə turist kimi gələn əcnəbilərdən turizm vizası tələb ediləcək
Kurort şəhəri həm də yerli turistlərin sevimli istirahət ünvanına çevrilib. Belə ki, 13 mindən çox ölkə vətındaşı 7-10 gün müddətinə burada müalicəvi istirahət edib.
Turizm üzrə ixtisaslaşmış yerli mütıxəssislərin fikrincə, Naftalan qonaqlar tərəfindən gecələmə sayına görə turizm şəhərləri arasında ən öncül mövqelərdən birinə sahibdir. Bu dinamika 2022-ci il ərzində artmaqda davam edəcək.
Müqayisə üçün qeyd edək ki, 2020-ci il ərzində Naftalanı müalicə məqsədilə cəmi 4727 turist ziyarət etmişdi.
Ötən il isə bu rəqəm artaraq 15266 nəfər hıddinə çatıb. Təbii ki, bir il öncəki həddə pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ciddi təsiri var.
Ehtiram Muradov, Bizim.Media