Qəbristanlıqda oğurluq edənləri NƏ GÖZLƏYİR? – Cinayət Məcəlləsi, dini kitablar və KRİMİNAL ALƏMİN hökmü

Hazırda oxunan: Qəbristanlıqda oğurluq edənləri NƏ GÖZLƏYİR? – Cinayət Məcəlləsi, dini kitablar və KRİMİNAL ALƏMİN hökmü

48239

Əvvəlcə qeyd edək ki, Azərbaycanda son illər ərzində qəbirstanlıq oğurluqları genişlənməyə başlayıb. Belə oğru və cinayətkar dəstələr ölkənin hər yerində məsuliyyətə cəlb olunub. Sonuncu belə hadisə bu günlərdə Hövsanda yaşanıb. Oğrular qəbrlərdən bahalı materialları sökərək dəyər-dəyməzinə bazarlarda əlaltdan satırlar.

Bizim.Media xəbər verir ki, oğurluğun cəza növləri Azərbaycanın Cinayət Məcəlləsində əks olunub. Oğurluğun cəzalandırılması ilə əlaqədar qısa məlumat budur:

Cinayət Məcəlləsi

Maddə 177. Oğurluq

177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Dini mühakimə

İslam

"Oğurluq edən kişi və qadının əllərini kəsin." (Maidə, 5/38)

Oğurluq sabit olduqda, əl kəsmə (had cəzası) tətbiq edilər. Had cəzası gərəkmədiyi hallarda isə zərərin kompensasiya edilməsi yolu seçilər.

İncil

“Oğurlamayın” (katolikllərdə 7-ci, pravoslavlıqda 8-ci əmr)

Tövrat

“Oğurluq etməyin” (Vaikra, 19:11)

“Oğurlama” (Şmot, 20:13)

Ümumiyyətlə, bütün təkallahlı dinlərdə oğurluq qınanıb və ələlxüsus da məzarlıqda cinayətlərin törədilməsinə qarşı çıxılıb. Çünki bütün dinlərin mərhum yaxınlarının ziyarəti ilə bağlı xüsusi ayin, ənənə və dini vacibatları mövcuddur. Bu qaydalara riayət edən insanlarda qəbirstanlıqda oğurluq xəbərləri yalnız ikrah hissi yaradır. 

Oğru dünyası

Kriminal aləmdə “klassik oğru” olmağın 10 şərti var ki, onlardan biri də oğurluğu ancaq imkanlı şəxslərdən etməkdir. Yəni, qaydalarda məzarlıqdan və həmçinin də ölülərdən oğurluq etmək qeyd olunmayıb. Amma hazrkı canilər sanki “imkanlı adamın qəbirini də soymaq olar” devizi ilə yaşayırlar. Düzü, taladıqları məzarlar əsasən kasıb yaxınlarıdır. Vəziyyət o qədər acınacaqlıdır ki, “xortdan” ləqəbli qəbirstanlıq oğruları istənilən qanuni oğrunun da məzarını soymağa qadirdirlər. Elə isə onlar oğru qanunlarında da özlərinə bəraət axtarmasılnlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO