İngiltərə və Macarıstandan bu məhsulların idxalına QADAĞA

İngiltərə və Macarıstandan bu məhsulların idxalına QADAĞA

Hazırda oxunan: İngiltərə və Macarıstandan bu məhsulların idxalına QADAĞA
46812
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərənin Şərqi İngiltərə regionunda və Macarıstan Respublikasının Baç-Kişkuninzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İngiltərənin Şərqi İngiltərə regionundan və Macarıstan Respublikasının Baç-Kişkun inzibati ərazi vahidindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan daha bir ölkədən quş əti idxalına QADAĞA QOYDU


Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərədən və Macarıstan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO