Türkiyənin Baş Ombudsmanı: “Azərbaycan-Türkiyə əlaqələri heç vaxt sarsılmayacaq”

Hazırda oxunan: Türkiyənin Baş Ombudsmanı: “Azərbaycan-Türkiyə əlaqələri heç vaxt sarsılmayacaq”

37048

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlama verib. 

Bizim.Media-nın məlumatına görə, Ş.Malkoç 15 sentyabrın anadolu və azərbaycan türklərinin tarixində çox əlamətdar gün olduğunu deyib: 

"Bakının işğaldan azad edilməsinin 103-cü ildönümündə başda Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla bütün qəhrəmanlarımızı və şəhidlərimizi hörmətlə yad edirik. Onların göstərdiyi şücaət və qəhrəmanlıq sayəsində Azərbaycan -Türkiyə qardaşlığı daha da möhkəmləndi.  

20-ci əsrin əvvəlində Azərbaycanın müstəqillik mübarizəsində şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələri üçün daha sağlam zəmin yaratdı və bu, əsla sarsılmayacaq.  

Bu sağlam təməllər üzərində yüksələn birlik və qardaşlıq Türkiyənin, Azərbaycanın, Qafqazın və bütün dünyanın rifahına töhfə verəcək. Bunun ən bariz nümunəsi ikinci Qarabağ müharibəsində qazanılan zəfərdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO