“2020-ci il qətiliklə bütün dünya üçün çox çətin ildir və futbol da istisna deyil”.
Bunu FİFA prezidenti Canni İnfantino deyib.
Ali futbol qurumunun rəhbəri 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına hazırlığın yüksək səviyyədə görüldüyünü söyləyib:
“Bütün çətinliklərə baxmayaraq, son bir neçə ayda Qətərdə unudulmaz dünya çempionatının hazırlığında davamlı irəliləyiş gördük. Bu irəliləyiş Qətər əmirinin rəhbərliyi altında əldə edilib.
Bir neçə həftə əvvəl Dohaya qısa səfərim zamanı hazırlıqların nə qədər yaxşı getdiyini şəxsən gördüm. Mundialı səbirsizliklə gözləyirəm. Dünyanın hər yerindən gələn azarkeşlər burada misilsiz duyğular alacaq və əlbəttə ki, bu, tarixin ən yaxşı dünya çempionatı olacaq”.
Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək. (APA)
Bizim.Media
- A-
- A
- A+
İdman
14:35 / 27.11.2020
FİFA prezidenti: “Tarixin ən yaxşı dünya çempionatı olacaq”
Hazırda oxunan: FİFA prezidenti: “Tarixin ən yaxşı dünya çempionatı olacaq”
Hazırda oxunan: FİFA prezidenti: “Tarixin ən yaxşı dünya çempionatı olacaq”
3658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.