TƏBİB-dən ÇAĞIRIŞ - Məktəbli çantası ağır olmamalıdır

TƏBİB-dən ÇAĞIRIŞ - Məktəbli çantası ağır olmamalıdır

Hazırda oxunan: TƏBİB-dən ÇAĞIRIŞ - Məktəbli çantası ağır olmamalıdır

274583

Məktəb mühitində şagirdlərin sağlamlığının qorunması daim diqqətdə saxlanılmalıdır. Bu, onların təhsil müvəffəqiyyətinə də təsirsiz ötüşmür.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, insan skeletinin düzgün formalaşması bağça və məktəb dövründə baş verir.
 

"Uşaqlarda qamətin düzgün formalaşmasına diqqət etmək bunun nə olduğunu anlamayan, gələcəkdə hansı qüsurlara səbəb olacağını bilməyən uşaqlardan çox valideyn və müəllimlərdən asılıdır.


Məktəbli çantası ağır olmamalıdır. Onu bir əldə daşımaq və ya təkərli sürmək olmaz, çanta hər iki çiyindən keçməklə kürəkdə daşınmalıdır.

Partada oturarkən sinəni masaya söykəmək, yazı yazarkən bir tərəf üstə çox əyilmək məsləhət görülmür. Bu həm qamətin əyilməsinə, həm də gözlərin tez yorulmasına səbəb ola bilər.

Kitabı çox yaxın və uzaq tutaraq oxumaq düzgün deyil. Gözlə kitab və ya dəftər arasında məsafə 25-30 sm. olmalıdır.

Gələcək nəslin sağlam yetişməsi üçün hər bir valideyin və xüsusən ibtidai sinif müəllimləri uşaqlara davamlı nəzarət etməlidir. Bununla gələcəkdə uşaqlarda skalioz, kifoz kimi onurğa qüsurlarının qarşısını almış ola bilərik",- deyə qurumdan əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO