Çox ucuz qiymətə Kamaz – Dövlət Xidmətinin hərracı

Çox ucuz qiymətə Kamaz – Dövlət Xidmətinin hərracı

Hazırda oxunan: Çox ucuz qiymətə Kamaz – Dövlət Xidmətinin hərracı
27164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərracda Kamaz-53213 markalı nəqliyyat vasitəsinə start qiymət olaraq 3500 manat qoyulub.

Bizim.Media quruma istinadən xəbər verir ki, hərracda həmin nəqliyyat vasitəsi 20 000 manata alınıb.

Hərracda nəqliyyat vasitəsi üçün qoyulan ilkin qiymət diqqət çəkib. Belə ki, açıq satışda bu cür maşınların qiymətinə baxdıqda 1987-ci il buraxılışlı bu cür Kamazların 18000-25000 manata təklif olunduğunu görürük.

Dövlət Xidmətinin keçirdiyi hərracda təklif olunan digər nəqliyyat vasitələrini təqdim edirik:

Toyota Corolla  - 2009 – (buraxılış ili) – 9500 manat (start qiymət)  - 9700 manat (satış)

VAZ-21213  - 1996 (buraxılış ili) – 1500 manat (start) – 2550 manat (satış)

Fiat Doblo – 2007 (buraxılış ili) -  4000 manat (start və satış qiyməti)

Kamaz 54115-010-13  –  2005 (buraxılış ili)  –  6500 manat  (start və satış qiyməti)

QAZ-24 – 1970 (buraxılış ili) – 1500 manat (start və satış qiyməti)

Fiat Doblo – 2011(buraxılış ili) - 7000 manat (start və satış qiyməti)

QAZ-2705 yük – 1999 (buraxılış ili)  - 1000 manat (start və satış qiyməti)

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO