Medvedev daha bir Avropa ölkəsini TƏHDİD ETDİ – “Hədəfimizə çevriləcək”

Medvedev daha bir Avropa ölkəsini TƏHDİD ETDİ – “Hədəfimizə çevriləcək”

Hazırda oxunan: Medvedev daha bir Avropa ölkəsini TƏHDİD ETDİ – “Hədəfimizə çevriləcək”
267497
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Rusiya Avstriyanın NATO-ya üzvlük istəyi olacağı təqdirdə, müvafiq tədbirlər görəcək".

Bizim.Media “RT” nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin məqaləsində qeyd olunub.

Medvedevin sözlərinə görə, Avstriyanın militarist kursu onun sülhpərvər dövlət imicini məhv edir, bu da Vyananın suveren siyasi manevr imkanlarını xeyli azaldır:

“Lakin sözügedən vəziyyət Avstriya ordusunun bölmələrinin Rusiya Silahlı Qüvvələrinin zərbə vasitələrinin hədəfinə çevrilməsi riskini ciddi şəkildə artırır”.

O, həmçinin qeyd edib ki, Moskva İsveç və Finlandiyanın alyansa qoşulmasından sonra “tədbirlər” görüb.

“Avstriya üçün də heç bir istisna olmayacaq”, – deyə Medvedev vurğulayıb.

Qeyd edək ki, Avstriyanın bloklara qoşulmama statusu 1955-ci ildə ölkə parlamenti tərəfindən qəbul olunmuş ayrıca konstitusiya qanununda təsbit olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO