Xalq artistini TƏHQİR ETDİ: “Çox hörmətsiz Sərxan...”

Xalq artistini TƏHQİR ETDİ: “Çox hörmətsiz Sərxan...”

Hazırda oxunan: Xalq artistini TƏHQİR ETDİ: “Çox hörmətsiz Sərxan...”

26646

Tanınmış gitaraçı Rəhman Məmmədli rayon və şəhər sakinlərinin müqayisəsini aparan Xalq artisti Sərxan Sərxana cavab verib.

Bizim.Media xəbər verir ki, musiqiçi sosial şəbəkə hesabında Xalq artistini təhqir edib:

“Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla şəhər rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Səni bu həssas dövrdə nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən?! Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan, təhqir edirsən? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına.

Hörmətsiz Sərxan Sərxan! Mən bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu tanıyır yazdığı simfonik əsərləri ilə. Amma sənin təbirincə rayon balasıdır. Sənə bir məsləhətim var. Çıxıb efirdə üzr istə. Amma çalış, çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdir, şəhər də. Bütöv Azərbaycan var”.

Qeyd edək ki, Sərxan Sərxan yerli mətbuata müshibəsində SSRİ dönəmində  Bakı ilə rayon əhalisi arasında çox dərin fərqin olduğunu bildirib: 

“Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi. Onların da təqsiri yoxdur. Çünki bu, yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər”- deyə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO