Rusiyada bu şəxslərə maşın sürmək QADAĞAN EDİLİR

Rusiyada bu şəxslərə maşın sürmək QADAĞAN EDİLİR

Hazırda oxunan: Rusiyada bu şəxslərə maşın sürmək QADAĞAN EDİLİR
266288
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada avtomobil idarə edilməsini qeyri-mümkün edən göstəricilərin siyahısı yenilənir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, sentyabrın 1-dən məsələ ilə bağlı yeni göstəricilər qüvvəyə minəcək.

Belə ki, həmin tarixdən etibarən autizm spektr pozuntularından, Asperger və Rett sindromlarından, eləcə də daltonizmdən əziyyət çəkən şəxslərə avtomobil idarə etmək qadağan ediləcək.

Bununla yanaşı, Rusiyada əvvəlkitək epilepsiya, şizofreniya və digər ciddi xəstəlikləri olan şəxslərə maşın sürmək qadağan olaraq qalır.

Həmçinin sürücülük vəsiqəsi əldə etmək üçün dövlət rüsumunun həcmi iki dəfə artırılır və sentyabrın 1-dən bu rüsum 2000 rubl əvəzinə 4000 rubl (təqribən 85 AZN) təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO