Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
Bizim.Media xəbər verir ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır.
Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
Xatırladaq ki, 2020-ci ilin oktyabrında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda raketlə vurulub. Nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:11 / 21.08.2025
Gəncədə raketlə vurulan binaların yeri indi belə görünür... – VİDEO
Hazırda oxunan: Gəncədə raketlə vurulan binaların yeri indi belə görünür... – VİDEO
Hazırda oxunan: Gəncədə raketlə vurulan binaların yeri indi belə görünür... – VİDEO
266282
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.