Los-Ancelesdə meşə yanğınları: Minlərlə insan təxliyə edilir – VİDEO

Los-Ancelesdə meşə yanğınları: Minlərlə insan təxliyə edilir – VİDEO

Hazırda oxunan: Los-Ancelesdə meşə yanğınları: Minlərlə insan təxliyə edilir – VİDEO

264090

ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları başlayıb.

Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, yanğın Los-Anceles şəhərində doğru yayılır.
 

Bu səbəbdən əhaliyə təxliyə xəbərdarlığı edilib. Minlərlə insan kütləvi şəkildə evlərini tərk edir.  Yanğın hazırda şərq istiqamətində irəliləyir və nəzarət altına alınma faizi hələ də 0%-dir.


Yanğınsöndürmə əməliyyatılarına yerüstü qüvvələrlə yanaşı, vertolyot və digər hava texnikaları da cəlb olunub. Hazırda 250-dən çox yanğınsöndürən hadisə yerində işləyir.

Sinoptiklərin proqnozuna görə, bölgədə isti hava dalğası davam etdikcə həftə sonu boyunca Kaliforniyanın əksər hissəsində meşə yanğınları riski daha da artacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO