“Bolt” da Zəngəzur dəhlizini “açdı”: gedişhaqqı bilindi – FOTO

“Bolt” da Zəngəzur dəhlizini “açdı”: gedişhaqqı bilindi – FOTO

Hazırda oxunan: “Bolt” da Zəngəzur dəhlizini “açdı”: gedişhaqqı bilindi – FOTO

263678

“Bolt” taksi şirkətinin tətbiqində Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobillə səfərlər üçün yol əks olunub.

Bizim.Media “Globalinfo.az”a istinadən xəbər verir ki, nəqliyyat marşrutu beynəlxalq aləmdə Zəngəzur dəhlizi kimi tanınan yoldan keçir və qiymət təxminən 270 manat təşkil edir.

Xəritəyə əsasən, Zəngilan-Mehri-Ordubad istiqamətində yol açıq görünür. Əvvəllər isə bu istiqamətdə yol qondarma “Laçın dəhlizi” ilə göstərilirdi.

Qeyd edək ki, yaxın günlərdə Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm addımların atılacağı gözlənilir. Hələ ki sözügedən yol açıq deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO