Reuters agentliyi Putinin əsl sirrinin üstünü açdı

Reuters agentliyi Putinin əsl sirrinin üstünü açdı

Hazırda oxunan: Reuters agentliyi Putinin əsl sirrinin üstünü açdı

263553

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın bu həftənin cümə gününə qədər verdiyi ultimatuma tabe olmayacaq və Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam işğalında israr edir.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi Kremlin yaxın çevrəsinə istinadən məlumat yayıb.
 

Agentliyin mənbələrinin sözlərinə görə, Putin Rusiyanın qalib gəldiyini düşünür və ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaların, artıq üç ildən çoxdur davam edən məhdudiyyətlər fonunda, ölkə iqtisadiyyatına ciddi təsir edəcəyinə inanmır.


ABŞ Prezidenti Donald Trampla münasibətləri qorumağa çalışmasına baxmayaraq, Rusiya lideri hərbi hədəflərindən geri çəkilmək niyyətində deyil.

Mənbələrdən biri bildirib:

“O, bu müharibəni sadəcə Tramp istədiyinə görə dayandıra bilməz.”

Reuters-in məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Putinə bildirib ki, Ukrayna cəbhəsi iki-üç ay ərzində çökə bilər. Kreml yalnız bu dörd regionun tam işğalından sonra sülh danışıqlarına hazır ola bilər.

Britaniyalı politoloq və "Rusiyanın Qayıdışı" adlı kitabın müəllifi Ceyms Rocers qeyd edib:

“Əgər Putin bu dörd regionu tam işğal edə bilsə, onları Rusiya torpağı hesab etdiyi üçün bu müharibənin hədəfinə çatdığını elan edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO