16 yaşlı itkin qızın ailəsindən tükürpərdici AÇIQLAMA: "Dedi ki, daha sənin kimi anam yoxdur" - VİDEO

16 yaşlı itkin qızın ailəsindən tükürpərdici AÇIQLAMA: "Dedi ki, daha sənin kimi anam yoxdur" - VİDEO

Hazırda oxunan: 16 yaşlı itkin qızın ailəsindən tükürpərdici AÇIQLAMA: "Dedi ki, daha sənin kimi anam yoxdur" - VİDEO

263393

Avqustun 2-də 16 yaşlı qız Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçıb.

Qızın ailəsi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Ailə tezliklə yeniyetmənin tapılmasını istəyir.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Baku TV-yə danışan itkin düşən qızın anası Günel Xəlilovanın sözlərinə görə, övladı evdən zibil atmaq adı ilə çıxıb.
 

"Sonra mənə "sənin kimi anam yoxdur. Məndə videolar var. Onları Həsən əmiyə atmışam. Ondan həmin görüntüləri sənə göndərməsini istəyərsən" mesajını yazıb.


Evdən qaçmazdan bir gün öncə bacısını dəniz qırağına apararaq "çılpaq şəkillərimi çək" deyib.

Bu şəkillərin kiməsə göndərildiyini düşünürəm. Həsəndən şübhələnirəm. O, ailəvi dostumuz, rəfiqəmin qeyri-rəsmi yaşadığı şəxsdir", - o söyləyib.
 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, itkin düşən 16 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO