İranda rialın denominasiyası həyata keçiriləcək

İranda rialın denominasiyası həyata keçiriləcək

Hazırda oxunan: İranda rialın denominasiyası həyata keçiriləcək

263214

İran Məclisinin İqtisadiyyat Komitəsi ölkənin pul vahidi rialın adını dəyişdirmədən denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin rəhbəri Şəmsəddin Hüseyni məlumat verib.
 

Hökumət layihəsində pul vahidinin adının "rial"dan "tümən"ə dəyişdirilməsi də yer alıb, lakin mərkəzi bank haqqında qanuna əsasən, komitə bu yeniliyin əleyhinə səs verib.


Həmçinin "kran" adlanan əlavə pul vahidi də təsdiq edilib. Beləliklə, 1 yeni rial 10 min cari riala, eləcə də 100 krana bərabər olacaq.

Qeyd edək ki, sürətlə ucuzlaşan İran rialının denominasiyası təklifini ölkə Prezidenti Məsud Pezeşkian irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO