“ChatGPT”dən hüquqi məsləhət alanlar DİQQƏTLİ OLSUN – “Səhv məlumat versə…”

“ChatGPT”dən hüquqi məsləhət alanlar DİQQƏTLİ OLSUN – “Səhv məlumat versə…”

Hazırda oxunan: “ChatGPT”dən hüquqi məsləhət alanlar DİQQƏTLİ OLSUN – “Səhv məlumat versə…”

262235

ABŞ-da bəzi hüquqşünasların işlərini süni intellekt vasitəsilə, konkret olaraq ChatGPT-nin köməyi ilə yerinə yetirməsi və nəticədə yanlış məlumatlardan istifadə etmələri onların hüquqi məsuliyyətə cəlb edilməsinə səbəb olub.

Bəs oxşar hal Azərbaycanda baş versə, bu, hüquqi cəza ilə nəticələnə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Vüsal Cəfərov bildirib ki, hazırda Azərbaycan qanunvericiliyində süni intellektdən, o cümlədən ChatGPT - dən istifadənin hüquqi çərçivəsini müəyyən edən konkret normativ akt mövcud deyil:

“Qanunvericilikdə bu sahəni tənzimləyən norma olmadığı üçün, hələlik kimsə öz fəaliyyətində ChatGPT və ya digər süni intellekt platformalarından istifadə etdiyinə görə hüquqi məsuliyyətə cəlb oluna bilməz”, - deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, süni intellektin təqdim etdiyi məlumatların, istər doğru, istərsə də, yanlış istifadəsinə görə məsuliyyət tam şəkildə həmin məlumatlardan istifadə edən şəxsin üzərinə düşür:

“Süni intellekt yalnız vasitədir. Onun təqdim etdiyi məlumatları yoxlamaq və istifadə etməzdən öncə dəqiqliyinə əmin olmaq istifadəçinin borcudur”, - deyə vəkil bildirib.
 

Vüsal Cəfərov əlavə edib ki, bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində artıq addımlar atılır. Belə ki, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” təsdiq olunub:


“Bu sənəd ölkədə süni intellektin inkişafını sürətləndirmək, tədqiqatları təşviq etmək, kadr potensialını gücləndirmək və texnoloji infrastrukturun əlçatanlığını təmin etmək məqsədi daşıyır. Gözlənilir ki, yaxın gələcəkdə bu sahədə də hüquqi tənzimləmələr formalaşacaq”.

Aygün Hüseyn, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO