Qəzaya düşən ANAMA əməkdaşının SON DURUMU – VİDEO

Qəzaya düşən ANAMA əməkdaşının SON DURUMU – VİDEO

Hazırda oxunan: Qəzaya düşən ANAMA əməkdaşının SON DURUMU – VİDEO

261467

Ağdam rayonunun Bənövşələr qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Minatəmizləmə Agentliyinin əməkdaşı Rəşad Əli oğlu Əliyevin vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Mənbə qeyd edir ki, iyulun 23-ü, saat 18:20-də Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1995-ci il təvəllüdlü şəxsə sol gözaltı nahiyənin hematoması, bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrılmış yaraları və travmaları diaqnozları təyin olunub.

Zəruri ilkin tibbi xidmətlər göstərildikdən sonra vəziyyəti stabil qiymətləndirilib. O, öz istəyi ilə iltizamnamə yazaraq tibbi xidmətlərdən imtina edib", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 1995-ci il təvəllüdlü Rəşad Əliyevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil nasazlıq səbəbindən aşıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO