202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.
Bizim.Media-ya bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.
Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.
Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:49 / 24.07.2025
202 saylı uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
Hazırda oxunan: 202 saylı uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
Hazırda oxunan: 202 saylı uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
261448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.