"Neftçi" növbəti transferini reallaşdırdı - RƏSMİ

"Neftçi" növbəti transferini reallaşdırdı - RƏSMİ

Hazırda oxunan: "Neftçi" növbəti transferini reallaşdırdı - RƏSMİ

261205

“Neftçi” növbəti transferini həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin artıq Bakı təmsilçisinin üzvüdür. 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
 

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. Onun bir neçə mövqedə oynamağı bacaran universal futbolçu olduğu bildirilir.


Qeyd edək ki, "Neftçi" daha öncə Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabalanı (son klubu "Dorados") transfer edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO