Bakı ilə bölgələr arasında əməkhaqqı FƏRQİ - Niyə maaşlar mərkəzdən uzaqlaşdıqca AZALIR?

Bakı ilə bölgələr arasında əməkhaqqı FƏRQİ - Niyə maaşlar mərkəzdən uzaqlaşdıqca AZALIR?

Hazırda oxunan: Bakı ilə bölgələr arasında əməkhaqqı FƏRQİ - Niyə maaşlar mərkəzdən uzaqlaşdıqca AZALIR?

259870

Bir qayda olaraq mərkəzi şəhərlərə  axın olur. Bu axının bir sıra səbəbləri var. Həmin səbəblərdən biri də maaşlardakı fərqlərdir. Belə ki Bakıda bölgələrə nisbətən əməkhaqqı  daha yüksəkdir. Halbuki iş yükü eynidir.

Elə isə mərkəzi şəhərlərlə müqyisədə regionlarda əməkhaqqı niyə aşağıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyir ki, belə fərq təkcə Bakı ilə bölgələr arasında deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Bu il neçə nəfərə əmək pensiyası təyin edilib?


“İstənilən meqapolislə qonşu şəhəri müqayisə etsək belə bu fərqi görərik. Hətta bu fərq inkişaf etmiş ölkələrdə var. Məsələn, Almaniyanın mərkəzi şəhərləri ilə müqayisədə əyalətlərdə əmək haqqı xeyli aşağıdır. Burada təəccüblü heç nə yoxdur. Bunun bir səbəbi odur ki, iri şəhərlərdə xərclər yüksəkdir.

Digər bir səbəb odur ki, mərkəzi şəhərlərdə təklif tələbi üstələyir. Eyni iş üçün çox sayda təşklat işçi axtarır.

Amma bölgələrdə rəqabət demək olar ki, yoxdur. İş yerlərinin az olması əməkhaqqının yuvarlaq olmasına əsas yaradır. Bu məsələdə başqa səbəblər də var. Fikir verin,  hətta rüsumlara baxsaq belə görərik ki, regionlarda tətbiq edilən rüsumlar Bakıyla müqayisədə aşağıdır. Ona görə də bu məsələdə ənənəvi yanaşmalar var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO