Goranboyda qadın iynədən şoka düşüb həyatını itirdi

Goranboyda qadın iynədən şoka düşüb həyatını itirdi

Hazırda oxunan: Goranboyda qadın iynədən şoka düşüb həyatını itirdi

259411

Goranboy rayonunda iynədən ölüm faktı qeydə alınıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Xocalı rayonundan olan məcburi köçkünlər üçün tikilən binalardan birində qeydə alınıb.
 

İlkin məlumata əsasən, Aynur Cəfərova tibb bacısı olan qonşuya iynə vurdurub. Bir qədər sonra qadının halı pisləşib, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


İlkin məlumata görə, qadın iynədən şoka düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO