Bu bitki diabet, alzheymer, ürək xəstəliklərinə qarşı FAYDALIDIR

Bu bitki diabet, alzheymer, ürək xəstəliklərinə qarşı FAYDALIDIR

Hazırda oxunan: Bu bitki diabet, alzheymer, ürək xəstəliklərinə qarşı FAYDALIDIR

253782

Rozmarin qədər bir çox xəstəliklərlə təkbaşına mübarizə apara bilən çox az sayda bitki var.

Bizim.Media xəbər verir ki, bunu məşhur fitoterapevt Dipa Kamdar “The Conversation”a müsahibəsində deyib.
 

''Rozmarinin təsirləri bir neçə fərqli mexanizmlə izah edilə bilər. Birincisi, o, qan dövranını artırmağa (xüsusən də beyinə qan axını) kömək edir. Hətta rozmarini qoxlamaq belə kifayət edir ki,  sakitləşdirici təsir etsin”. 


Bundan başqa, içildikdə həzmə kömək edir, şişkinliyi aradan qaldırır və iltihabı azaldır. 2025-ci ildə aparılan bir araşdırma, rozmarinin  yaddaşı yaxşılaşdırdığını, beyin hüceyrələri arasındakı əlaqələrin sayını artırdığını və alzheymer ilə əlaqəli zərərli zülalların azaldığını göstərdi. Eyni birləşmənin 2-ci tip diabet, ürək-damar xəstəliklərinin müalicəsində də istifadə oluna biləcəyi düşünülür.

Həmçinin bəzi tədqiqatlar göstərir ki, rozmarin sızanaq və ekzemanı azaldır, tərkibindəki turşu isə günəş şüalarından qoruyur və qocalmanın təsirlərini azalda bilər.

Buna rəğmən ümumi sağlamlığa bir çox müsbət təsiri olan rozmarindən ehtiyatla istifadə edilməlidir. Böyük dozalarda və ya konsentrat ekstraktlarda qəbul edildikdə, epilepsiya xəstələrində ürəkbulanma və ya nadir hallarda qıcolma kimi yan təsirlər yarana bilər.

Bundan əlavə, hamilə qadınlar yüksək miqdarda istehlakdan çəkinməlidirlər, çünki uşaqlıq yolunun daralmasına səbəb ola bilər. Buna görə də onu istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. 

Şəfiqə Şəfa. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO