Ukraynanın

Ukraynanın "Avroviziya" təmsilçiləri CƏRİMƏLƏNDİLƏR - SƏBƏB

Hazırda oxunan: Ukraynanın "Avroviziya" təmsilçiləri CƏRİMƏLƏNDİLƏR - SƏBƏB

253574

“Avroviziya” musiqi yarışmasında ölkəni təmsil edən ukraynalı sənətçilər köynəklərindəki təxribat xarakterli şüarlara görə cərimələniblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Alyona Alyona" təxəllüsü ilə çıxış edən ukraynalı rep ifaçısı Alena Savranenko məlumat verib.


Savranenko "Instagram" sosial şəbəkəsində yazıb ki, müsabiqənin qaydalarına əsasən, iştirakçılara paltarların üzərində hər hansı yazı və ya markadan istifadə etmək qadağandır.

 

Bununla belə, sənətçilər 2022-ci ilin yazında Mariupola hücum zamanı əsir düşən ukraynalı əsgərlərlə bağlı vəziyyətə diqqət çəkmək qərarına gəliblər.Müğənni daha sonra cərimə ilə bağlı qeydini postundan silib. Buna baxmayaraq, şərhçilər bu hadisəni aktiv şəkildə müzakirə etməkdə davam ediblər.

 

İnci

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO