Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın çıxış etdiyi parlamentin kiçik zalına bu gün jurnalistlər buraxılmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Buna səbəb parlamentin daimi komissiyalarında “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın ilkin müzakirələrinin başlamasıdır. Müzakirələr deputatların, Mərkəzi Bank nümayəndələrinin və hökumət üzvlərinin iştirakı ilə keçirilir.
Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonuna Ermənistanın dövlət borcu 5,093 trilyon dram (təxminən 12,8 milyard ABŞ dolları) təşkil edib ki, bu da ÜDM-in 48,3 faizinə bərabərdir.
Bizim.Media

- A-
- A
- A+
Region
12:08 / 04.06.2025
İrəvanda daha bir QALMAQAL: Jurnalistlər parlamentə buraxılmadı - Paşinyan nədən qorxur?
Hazırda oxunan: İrəvanda daha bir QALMAQAL: Jurnalistlər parlamentə buraxılmadı - Paşinyan nədən qorxur?
Hazırda oxunan: İrəvanda daha bir QALMAQAL: Jurnalistlər parlamentə buraxılmadı - Paşinyan nədən qorxur?
252986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.