Bakıda 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, mayın 24-ü saat 08:00-dan may 27-si saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Nəticədə məhdudiyyət səbəbindən 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti, 32 nömrəli müntəzəm marşrut isə Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:02 / 23.05.2025
Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Hazırda oxunan: Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Hazırda oxunan: Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi DƏYİŞDİRİLDİ
250994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.