Ailə münaqişələri 42 nəfərin ölümünə SƏBƏB OLDU – DƏHŞƏTLİ STATİSTİKA

Ailə münaqişələri 42 nəfərin ölümünə SƏBƏB OLDU – DƏHŞƏTLİ STATİSTİKA

Hazırda oxunan: Ailə münaqişələri 42 nəfərin ölümünə SƏBƏB OLDU – DƏHŞƏTLİ STATİSTİKA

250471

Ötən il məişət zorakılığı ilə bağlı müraciətlərin sayı azalıb. Belə ki, 2024-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9 min 14 müraciət qeydə alınıb. 2023-cü ildə bu rəqəm 9389, 2022-ci ildə isə 9864 olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
 

Bildirilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir.


Həmin cinayətləri törətmiş 1283 şəxs məsuliyyətə cəlb olunub. Onlardan 1221-i kişi, 62-si qadındır.

Bu əməllər nəticəsində 1228-i qadın, 243-ü kişi olmaqla, ümulikdə 1471 zərərçəkmiş şəxs müəyyən edilib. Bununla yanaşı iki cinayət təkrar törədilib.

2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb. Onlardan 29- u qadın, 16-sı kişidir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO