Amorim 30 klub əməkdaşının xərclərini öz üzərinə götürdü

Amorim 30 klub əməkdaşının xərclərini öz üzərinə götürdü

Hazırda oxunan: Amorim 30 klub əməkdaşının xərclərini öz üzərinə götürdü

249206

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Avropa Liqasının finalına 30 klub əməkdaşı üçün biletlərin və yol xərclərinin ödənilməsini öz üzərinə götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
 

Klub rəhbərliyi məşqçilərə və fizioterapevtlərə sözügedən görüşə öz hesablarına getməli olduqlarını bildirib. Amorim isə buna görə komanda işçiləri və onların ailələrinin səfər xərclərini ödəməyə qərar verib.


Bundan əvvəl mediada yayılan xəbərlərə əsasən, "Mançester Yunayted" rəhbərliyi bütün əməkdaşlara final bileti əvəzinə pulsuz yemək kuponları təqdim etməyi planlaşdırırdı.

Qeyd edək ki, Avropa Liqasının finalı 21 may, İspaniyanın Bilbao şəhərində, "San Mames Barria" stadionunda keçiriləcək. Həlledici matçda "Mançester Yunayted" və "Tottenhem" üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO