ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

Hazırda oxunan: ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

249052

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.

Bizim.Media xəbər verir ki, yeni xüsusiyyətlər arasında PDF formatında hesabat ixracı, GitHub inteqrasiyası, eləcə də "GPT-4o" modelinə edilən təkmilləşdirmələr yer alır.

OpenAI-nin açıqlamasına görə, "ChatGPT" istifadəçiləri artıq dərin tədqiqat hesabatlarını PDF formatında ixrac edə bilərlər. Hazırlanan sənədlərə fotoşəkillər və cədvəllər avtomatik olaraq əlavə olunur. “PDF kimi saxla” düyməsi həm yeni yaradılan, həm də köhnə hesabatlar üçün aktivdir. Bu yenilik, xüsusilə araşdırma və sənədləşdirmə sahəsində çalışanlar üçün böyük rahatlıq təmin edir.

"GitHub" inteqrasiyası beta mərhələsindədir.

Keçən həftə "ChatGPT"yə əlavə edilən "GitHub" inteqrasiyası da diqqət mərkəzinə düşüb. Bu funksiya sayəsində "Plus", "Pro" və "Team" istifadəçiləri süni intellektə müəyyən kod anbarlarına çıxış icazəsi verə bilirlər. Bu isə ChatGPT-nin daha ətraflı analiz aparmasına və kod əsaslı tədqiqat hesabatları hazırlamasına imkan yaradır. Yeni xüsusiyyət hazırda beta sınaq mərhələsindədir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO