“İnsanlar orqan ticarətinin qurbanına çevrilirlər” - Ramil Əliyev

“İnsanlar orqan ticarətinin qurbanına çevrilirlər” - Ramil Əliyev

Hazırda oxunan: “İnsanlar orqan ticarətinin qurbanına çevrilirlər” - Ramil Əliyev

247960

"İnsan alveri bu günün ən acı reallıqlarından biridir. Dünyada hər il minlərlə insan bu cinayətin qurbanı olur. Bu insanlar aldadılaraq, qul əməyinə, fahişəliyə cəlb edilir, orqan ticarətinin qurbanına çevrilir və digər qeyri-insani istismara məruz qalırlar”.

Bizim.Media xəbər verir ki, bunu Xalqcebhesi.az-a açıqlamasında "İnkişafa və islahatlara Dəstək" İctimai Birliyin sədri, İnsan Alverinə Qarşı QHT koalisiyasının üzvü Ramil Əliyev deyib.

R.Əliyev bildirib ki, insan alveri sadəcə bir cinayət deyil-bu, insan ləyaqətinin alçaldılması və hüquqlarının pzoulmasıdır:

 "Bu səbəbdən ona qarşı mübarizə aparmaq yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın borcudur. Nəzərinizə çatdırım ki, İnsan Alverinə Qarşı QHT koalisiyası bu istiqamətdə problemlərin həllinə ciddi töhfə verir. Marrifləndirmə tədbirləri və müxtəlif addımlar atılır”.

Xatırladaq ki, 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi "İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı isə "İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO