Müəllimlərə böyük MÜJDƏ - Güzəştlər ediləcək

Müəllimlərə böyük MÜJDƏ - Güzəştlər ediləcək

Hazırda oxunan: Müəllimlərə böyük MÜJDƏ - Güzəştlər ediləcək

247844

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.

Bizim.Media “Baku.ws”ə istinadən xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə güzəştli kartlar təqdim olunacaq.

Bu kartlar müəllimlərə müxtəlif sahələrdə - nəqliyyatdan alış-verişə, iaşə xidmətlərindən elektron resurslara qədər bir sıra endirim və güzəştlərdən istifadə imkanı yaradacaq. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsədi daşıyır.

Təhsilin İnkişafı Fondunun nümayəndəsi Könül Abdulrəşidova bildirib ki, qurum müxtəlif partnyorlarla əməkdaşlıq edərək təhsil sahəsinin əməkdaşları, xüsusilə müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva edən güzəşt kartının hazırlanması üzərində çalışır:
 

"Layihə çərçivəsində bu kartın çoxfunksional bir vasitəyə çevrilməsini hədəfləyirik. Amma bu proses müəyyən zaman tələb edir. Hazırda kartın texniki detalları üzərində işlər aparılır, bu səbəbdən dəqiq tarix vermək çətindir".


Hazırda tələbələrə bir sıra üstünlüklər təqdim edən "TələbəPlus" kartı üzərində geniş işlər aparılır. Tələbələr bu kart vasitəsilə 350-dən çox partnyorun təqdim etdiyi 75 faizədək endirimlərdən yararlana bilərlər.

Güzəştlər kitab mağazaları, restoranlar, əyləncə mərkəzləri və supermarketlər kimi sahələri əhatə edir. Nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı isə danışıqlar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO