Kirayə yolu ilə mənzil almaq istəyənlər üçün ŞAD XƏBƏR

Kirayə yolu ilə mənzil almaq istəyənlər üçün ŞAD XƏBƏR

Hazırda oxunan: Kirayə yolu ilə mənzil almaq istəyənlər üçün ŞAD XƏBƏR
247561
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu "satmaq öhdəliyi ilə kirayəyə vermə" mexanizmi çərçivəsində yeni yaşayış sahələri almaq üçün tender elan edib.

Bizim.Media xəbər verir ki, fondun məqsədi vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaqdır. Belə ki, bu mexanizm vasitəsilə insanlar əvvəlcə mənzili kirayə götürür, müəyyən müddət ərzində isə onu satın ala bilirlər.
 

Tenderə əsasən, yeni mənzillər Sumqayıt şəhəri və Abşeron rayonunun yaxın yaşayış massivlərində yerləşməlidir. Ümumilikdə ən azı 50 min kvadratmetr sahəni əhatə edən mənzillərin satın alınması planlaşdırılır. Bu layihə Azərbaycan Prezidentinin 2019-cu il tarixli fərmanına uyğun olaraq həyata keçirilir.


Müsabiqənin ümumi dəyəri təxminən 213 milyon manat təşkil edir. Maraqlı tikinti şirkətləri təkliflərini 23 iyun 2025-ci il, saat 10:00-a qədər təqdim edə bilərlər.

Bu tender nəticəsində seçilən təchizatçıdan alınacaq mənzillər gələcəkdə vətəndaşlara satmaq öhdəliyi ilə kirayə veriləcək, yəni insanlar evə əvvəl kirayəçi kimi köçəcək, sonra isə mərhələli şəkildə sahibi olacaqlar. (BAKU.WS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO