Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Report"a Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:06 / 01.05.2025
Qazaxın azad olunan 4 kəndinin tikintisinin layihəsi HAZIRLANIR
Hazırda oxunan: Qazaxın azad olunan 4 kəndinin tikintisinin layihəsi HAZIRLANIR
Hazırda oxunan: Qazaxın azad olunan 4 kəndinin tikintisinin layihəsi HAZIRLANIR
247014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.