Ucarda QƏZA: Xəsarət alanlar var - FOTO

Ucarda QƏZA: Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Ucarda QƏZA: Xəsarət alanlar var - FOTO

244352

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab avtomobil yolunun rayonun Lək kəndindən keçən hissəsində baş verib.

Rayon sakini Həsrət Məhəmmədəli oğlu Həsənovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə "Doblo" markalı avtomobil toqquşub.
 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Zərərçəkənlər daha sonra Göyçay xəstəxanasına yönləndirilib.


Qeyd edək ki, Ucar xəstəxanasında zəruri şərait olmadığı üçün ağır xəsarət alan vətəndaşlar Göyçay xəstəxanasına göndərilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO