Aparıcı futbolçular “Qarabağ”dan GETMƏK İSTƏYİR

Aparıcı futbolçular “Qarabağ”dan GETMƏK İSTƏYİR

Hazırda oxunan: Aparıcı futbolçular “Qarabağ”dan GETMƏK İSTƏYİR

243185

Mövsümün sonunda bir neçə aparıcı futbolçunun “Qarabağ”ı tərk etməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, heyətə düşə bilməyən bir neçə oyunçu məşqçilər korpusunun “qara siyahı”sındadırsa, əsas heyət üzvlərinin bəziləri özləri ayrılıq barədə düşünür.

Bu baxımdan əcnəbilər xüsusi üstünlük təşkil edir. Belə ki, müdafiəçi Kevin Medina, yarımmüdafiəçilər Patrik Andrade və Yassin Benzia başqa variantları nəzərdən keçirirlər.
 

“Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanov hər üç oyunçunun qalmasında maraqlıdır.


Müqaviləsi mövsümün sonuna qədər olan adıçəkilən legionerlərə yeni saziş də təklif olunub.

Lakin klubun təklif etdiyi məbləğ nə Medinanı, nə Benzianı, nə də Andradeni qane edir. Onlar daha yüksək məvacibə layiq olduqlarını düşünürlər. Bir sözlə, “Qarabağ” bu oyunçularla maddi məsələdə anlaşa bilməsə, hər üçü yayda azad agent kimi klubu tərk edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO