Azərbaycanda dolların məzənnəsi ilə bağlı PROQNOZ

Azərbaycanda dolların məzənnəsi ilə bağlı PROQNOZ

Hazırda oxunan: Azərbaycanda dolların məzənnəsi ilə bağlı PROQNOZ

241357

Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-cı ildə isə 5,8 % artacağı proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan "ING Group"up hesabatında qeyd edilib.

Bundan əvvəl ING 2024-cü il üçün 5,2 %, 2026-cı il üçün isə 4,9 % inflyasiya proqnozlaşdırırdı.

Lakin yeni hesabata əsasən, fiskal siyasətin yumşaldılması 2024-cü ilin əvvəlində sıfır olan inflyasiyanın ilin sonuna qədər orta illik 4,9 %-ə, 2025-ci ilin əvvəlində isə 5,4 %-ə yüksəlməsinə səbəb olan amillərdən biri olub.

Hesabatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) son vaxtlar əsas faiz dərəcəsini 7,25 % səviyyəsində saxlayıb. AMB istehlak qiymətləri indeksinin 2025-ci ilin sonuna qədər illik 5,5 %-ə çatacağını, 2026-cı ildə isə inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır. Bu da bankın orta müddətdə inflyasiyanı 4±2 % hədəf diapazonunda saxlamaq niyyətini əks etdirir.

Hesabatda dollarla bağlı proqnoz da yer alıb:

"Hazırda biz USD/AZN məzənnəsinin növbəti 1-2 il üçün 1,70 səviyyəsində sabit olacağını düşünürük". (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO