Olimpiya çempionlarımız dünya reytinqində liderdirlər

Olimpiya çempionlarımız dünya reytinqində liderdirlər

Hazırda oxunan: Olimpiya çempionlarımız dünya reytinqində liderdirlər

240990

Cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinq cədvəlinə başçılıq edirlər.

Bizim.Media xəbər verir ki, onlar Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı cədvəldə lider mövqeyində qərarlaşıblar.
 

Hesabında 7 254 xal olan Hidayət ən yaxın izləyicisi yaponiyalı Tatsuki İşiharanı (4 800 xal) böyük fərqlə qabaqlayır. Zelim isə 6 112 xalla 1-ci pillədə yer alıb. O, Matvey Kanikovski və İlya Sulamanidzeni geridə qoyub.


Digər cüdoçularımızdan Turan Bayramov (60 kq) iki pillə irəliləyərik 12-ci, Ruslan Paşayev (66 kq) isə bir pillə yüksələrək 19-cu pillədə yer alıb.

Uşanqi Kokauri (+100) bir pillə geriləsə də (16-cı yer), Zelim Tçkayev (81 kq) və Elcan Hacıyevin (90 kq) mövqeyində dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 8-ci və 10-cu pillələrdə qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO