Qax rayonunda evdə iynə vurulandan sonra dünyasını dəyişən qadınla bağlı hadisənin bəzi təfərrüatı məlum olub.
Belə ki, rayonun Tasmalı kənd sakini 62 yaşlı Şəfəq Mürsəl qızı Şabanovaya ev şəraitində antibiotik iynəsinin vurulması nəticəsində dünyasını dəyişdiyi bildirilmişdi.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, qadın iynədən deyil, infarktdan vəfat etdiyi müəyyənləşib.
Mərhum Şəfəq Şabanovaya tibb bacısı olan bacısı prob qoyduqdan sonra iynə vurub. İynə vurduqdan yarım saat sonra qadının halı pisləşib və o, dünyasını dəyişib. Ailə dərhal Bakı şəhərindən Tibbi-ekspertiza və patoloji anatomiya birliyinin əməkdaşlarını dəvət ediblər.
Ekspertizadan sonra bəlli olub ki, qadın iynədən deyil, infarktdan vəfat edib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
21:16 / 23.03.2025
Qax rayonunda 62 yaşlı qadının ölüm SƏBƏBİ AÇIQLANDI - FOTO
Hazırda oxunan: Qax rayonunda 62 yaşlı qadının ölüm SƏBƏBİ AÇIQLANDI - FOTO
Hazırda oxunan: Qax rayonunda 62 yaşlı qadının ölüm SƏBƏBİ AÇIQLANDI - FOTO
240711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.