ABŞ-da qəzaya düşən təyyarənin “qara qutu”su TAPILDI

ABŞ-da qəzaya düşən təyyarənin “qara qutu”su TAPILDI

Hazırda oxunan: ABŞ-da qəzaya düşən təyyarənin “qara qutu”su TAPILDI
232464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dalğıclar Vaşinqton yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin “qara qutu”larından birini aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Bununla yanaşı, onlar çaya düşən təyyarənin kabininə də daxil ola biliblər və burada baqajlar aşkar edilib.

Bildirilib ki, çayın axını təyyarənin qalıqlarını və cəsədlərini qəza yerindən uzağa aparıb.

Qeyd edək ki, bu gün “American Airlines” şirkətinin təyyarəsi Vaşinqtonun Ronald Reyqan hava limanı ərazisində qəzaya uğrayıb.

Göyərtəsində 60 sərnişinin olduğu “Bombardier” sərnişin təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq Vaşinqtonda eniş edərkən hərbi helikopterlə toqquşub. Bundan sonra təyyarə çaya düşüb.

Aviaşirkət təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğunu təsdiqləyib. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. “BNO News” portalının məlumatına görə, çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO